DÜNYA
Putin cinsiyyət dəyişdirmə ilə bağlı qanun imzaladı - Qadağan EDİLSİN
Rusiya prezidenti Vladimir Putin qeyri-ənənəvi cinsi əlaqənin, cinsiyyətin dəyişdirilməsinin və pedofiliyanın təbliğatını qadağan edən qanun imzalayıb.
32gun.az xəbər verir ki, bununla bağlı qanun Dövlət Dumasının məlumat bazasında verilib
“İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” qanuna və digər sənədlərə dəyişiklik edilib. Onların fikrincə, indi sosial şəbəkələrdə, mediada, filmlərdə, reklamlarda bu cür təbliğat tamamilə qadağandır.
Belə ki, köhnə qanunla pedofiliya və LGBT təbliğatı yalnız yetkinlik yaşına çatmayanlar üçün qadağan edilmişdirsə, yeni qanunla bu bütün yaş kateqoriyalarından olan insanlara şamil edilir.
Nurlan Şiraliyev