İDMAN
Dünya Çempionatında baş verən hadisə GÜNDƏM OLDU (FOTO)
Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreyaya qalib gələrək 1/4 finala yüksəlib. Matç Braziliyanın 4-1 hesablı qələbəsi ilə başa çatıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya millisinin futbolçuları etdikləri rəqslə gündəmə çevrilib. Məşqçi Titenin 3-cü qoldan sonra Rişarlisonun rəqs şousuna qatılması reaksiyalara səbəb olub. Futbol ictimaiyyəti bu addımı Cənubi Koreyaya hörmətsizlik kimi qiymətləndirib.
Nurlan Şiraliyev
