Sabiq millət vəkili kriminal avtoritetdən hər ay 10 min dollar alıb? - ŞOK İDDİA (VİDEO)
Türkiyənin paytaxtı Ankarada bir siyasətçinin cinayət təşkilatının lideri, kriminal avtoritet Sedat Pekerdən ayda 10 min dollar alması iddiası uzun müddətdir müzakirə mövzusu olub.
Pulu alan şəxsin AK Partiyadan Metin Külünk olduğu iddiaları da gündəmə gəlib.
32gun.az xəbər verir ki, AKP Mərkəz Qərarvermə və İdarəetmə Heyətinin (MKYK) üzvü Metin Külünk qatıldığı verilişdə ona qarşı irəli sürülən ittihamları təkzib edib və “1,5 illik susqunluğumu burada pozuram” deyib:
"Mən 10 min dollar alan siyasətçi deyiləm. Siyasi karyeram 50 ildir.
Bizim çübarizə etikamız var. Biz ağlımızın, ruhumuzun və qəlbimizin rahatlıq tapdığı yerdəyik.
81 vilayət gəzə bilirəm. Hər yerdə bizi qarşılayan, qapısını açan, çayını içəcəyimiz dostumuz var. Bunun səbəbi siyasətə verdiyimiz missiya və siyasətə baxışımızdır. Çünki biz bu məqsədlə addımladıqca tarix bir şeyi daha öyrədir.
Ailəm 50 ildir tanınır.
Biz heç vaxt pul alan əl olmadıq, həmişə pul verən tərəf olduq.
Bizim ailə som 20 ildə iqtidadi gücə sahib olmayıb.
Bizim dostluklarımız pazarlıksızdır.
Millət vəkili olduğum vaxt maaşımın 90 faizini görmədim, çünki həmin miqdar xalqımın ixtiyarında olub.
Gündə telefonuma 100-dən çox zəng gəlir. Onlar hal-xətir soruşmağa zəng etmir. Dərdlərinə dəva axtarır".
Nilay
https://www.haberler.com/politika/ak-partili-kulunk-1-5-yil-sonra-sessizligini-15475638-haberi/