SON DƏQİQƏ! Yumruq davasına çıxan millət vəkillərinin cəzası bəlli oldu
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Böyük Millət Məclisində deputatlar arasında yumruq davası olub.
Hər iki millət vəkili üçün cəza kəsilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əsasnamənin 163-cü maddəsinə əsasən İYİ Partiya üzvü Hüseyn Örsü yumruqlayaraq reanimasiyaya yerləşdirilməsinə səbəb olan AK Partiya Bursa Millət vəkili Zəfər İşığa TBMM-dəm iki iclaslıq müvəqqəti uzaqlaşdırma qərarı verilib.
İYİ Partiya Konya Millət vəkili Fahrettin Yokuş da dava zamanı söylədiyi sözlərə görə qınanma cəzası verilib.
Xatırladaq ki, TBMM-in bugünkü iclasında AK Partiya millət vəkilləri ilə İYİ Partiya millət vəkilləri arasında mübahisə yaranıb. Mübahisənin davaya çevrilməsi nəticəsində AK Partiya Bursa Millət vəkili Zəfər İşıq İYİ Partiya Trabzon Millət vəkili Hüseyn Örsə yumruq atıb. Ürək problemi olan Örs xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Nilay