DÜNYA
18 yaşlı qızı qaçırdığı deyilən 70 yaşlı molla: "10 ildir kişi deyiləm" (VİDEO)
Müge Anlı ilə "Tatlı Sert" verilişinə qatılan Mehmet Ataş 18 yaşı yeni tamam olmuş qızı Ayşenur Ataşın 70 yaşlı molla Qəhraman kimi tanınan şəxs tərəfindən zorla qaçırıldığını iddia edib.
32gun.az xəbər verir ki, ata molla Qəhramanın hazırladığı caduların, düyünlərin evinin hər yerindən tapıldığını deyib və kömək istəyib.
Verilişə qatılan evli və 6 övladı olan molla haqqında deyilənləri rədd edib və "10 ildir kişi deyiləm" deyib.
"Qızınıza bir yaxşılıq etdim.
Pisliklərdən xilas etdim. Mənə böhtan atırlar. Gözlərim görmədiyi üçün bir ildir ki, gözmuncuğu düzəltmirəm. Mənə böhtan atırlar. Məhkəməyə müraciət edəcəm"-deyə molla Qəhraman bildirib.
Nilay