DÜNYA
Qadının əməli ölkə polisini şoka saldı - Dini məzhəbi təhqir edib, qapılara qırmızı xaç çəkdi ki... (FOTO)
Türkiyənin Aydın şəhərində qəribə hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istnadən xəbər verir ki, polisə bir mənzildə evlərin qapısına ələvi (islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır.-red:) vətəndaşlara ünvanlanmış yazı yazılması, qırmızı xaç işarəsi çəkliməsi barədə şikayət daxil olub.
Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, qapısına xaç çəkilən evdə yaşayan U.S və M.S. cütlüyü bir müddətdir ayrı yaşayır və onların iki övladı var.
M.S. adlı qadının bir aydır hostel və otellərdə qalan həyat yoldaşı ilə barışmağa çalışdığı, bu səbəbdən yaşadığı evin və qonşu mənzilin qapısına qırmızı xaç çəkdiyi, bunu ələvilərə qarşı hərəkət kimi göstərməyə çalışdığı üzə çıxıb.
Nilay
