Özəl xəstəxanada DƏHŞƏT: Həkim xəstəsini morfin ludəçisi etdi
Özəl xəstəxanada həkim xəstəsini morfinə aludə edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda hadisə Esenyurtdakı özəl tibb mərkəzində baş verib. İddialara görə, 25 yaşlı Erol.Y. adlı vətəndaş böyrək daşları şikayəti ilə tibb məntəqəsinə müraciət edib.
Xəstəxananın məsul həkimi Müzəffər B. ona dərman müalicəsi yazacağını və bunun sayəsində narahatlığının aradan qalxacağını bildirib. Xəstəyə həkim tərəfindən morfin vurulub.
Morfin qəbul etdikdən sonra ağrıları azalan Erol Y. iki gündən bir xəstəxanaya getməyə başlayıb. Hər gəlişdə həkim tərəfindən xəstəyə morfin vurulurdu. Lakin bir müddət sonra gündəlik dozanın artması ilə Erol Y. xəstəxananın qara siyahısına düşüb.
Həkim Müzəffər B. morfin aludəçisi olan xəstəsi Erol Y.-yə bu dəfə başqa həll yolları təklif edib. Belə ki, kənardan alınan morfin tibb bacısının köməyi ilə Erol Y.-yə pul qarşılığında verilib.Gah tibb məntəqəsinin avtoparkına, gah da xəstənin evinə gedən tibb bacısı Musa K. xəstəyə gündə 12 doza qədər morfin verməyə davam edib.
Asılılığı daha da artan Erol Y. gündəlik 3 min TL xərclərini qarşılamaq üçün ailəsinin və yaxınlarının adına kredit götürüb. Həkimə təxminən 700 min TL ödəyən xəstənin həyat yoldaşı şübhələnməsi ilə vəziyyət ortya çıxıb. Erol. Y vəkili vasitəsilə polis bölməsinə gedərək həkimdən şikayət edib. Polis əməkaşları hadisə ilə bağlı araşdırmaya başlayıb.
Nilay