DÜNYA

"İmam Mehdi" kimi təqdim edən şəxsin dəhşətli əməli - Qadını aldadıb....

İstanbulda insanları şoka salan hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir qadın özünü İmam Mehdi kimi təqdim edən şübhəli şəxs tərəfindən aldadıldığını bildirib.

Belə ki, təqsirləndirilən şəxs gənc qadına cadu edildiyini deyib, dha sonra daha sonra isə cadu pozmaq vədi ilə ondan 40 min lirə alıb. 

Bununla da qalmayıb, "İmama Mehdi" gənc qadından daha 273 min lirə tələb edib.

Gənc qadın bildirib ki, həmin şəxs ona "bir ay yarım ərzində Peyğəmbərlərimiz məni sənin yanına göndərib. Mən sənin taleyini açacağam" deyib. Aldadıldığını anlayan qadın şübhəli şəxs barəsində polisə xəbər verib.

Araşdırmalar zamanı məlum olub ki, şübhəlinin dələduzluqdan hədə-qorxuya qədər 19 müxtəlif cinayətdə əli olduğu üzə çıxıb. 

Nilay

Oxşar Xəbərlər