DÜNYA
Putin səfərbərliklə bağlı DANIŞDI
"Hazırda əlavə səfərbərliyə ehtiyac yoxdur".
32gun.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı bildirib.
“Əlavə səfərbərlik tədbirləri ilə bağlı söhbətlərin mənası yoxdur, bu gün dövlət və Müdafiə Nazirliyi üçün buna ehtiyac yoxdur”, - deyə, Rusiya lideri sözlərinə davam edib.
Həmçinin, Putin bildirib ki, səfərbər olunan 300 min nəfərdən yalnız 77 mini hazırda birbaşa döyüş bölmələrindədir.
Nurlan Şiraliyev