DÜNYA

Dünyanın ən varlı adamı dəyişdi - Artıq İlon Mask birinci deyil

“Forbes” jurnalına görə dünyanın ən varlı adamları siyahısında birinci yerin sahibi dəyişib.

32gun.az jurnala istinadən xəbər verir ki, Fransanın LVMH transmilli şirkətinin sahibi, milyarder Bernard Arnault , “SpaceX”in sahibi İlon Maskı geridə qoyub.

bernar arno banker.az | Banker.az

Belə ki, Bernard Arnaultun konsernində Christian Dior, Louis Vuitton, Givenchy, Guerlain, Moët & Chandon, Hennessy Chaumet və digər lüks brendlər yer alır.

Qeyd edək ki, Maskın hazırkı sərvəti 184,6 milyard dollar, Arnaultun və ailəsinin kapitalı isə 185,1 milyard dollar qiymətləndirilir.

Eyni zamanda, Forbesin saytında İlon Mask hələ də ən zəngin insanlar siyahısında birinci yeri tutur. Bu sıralamada Arnault üçüncü sırada dayanır.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər