DÜNYA
Putin tapşırıq VERDİ - Moldova və Ukrayna ilə bağlı
Rusiya prezidenti Vladimir Putin Moldovaya verilən qazın niyə Ukraynada saxlandığını araşdırmağı tapşırıb.
32gun.az xəbər verir ki, Rusiya lideri bununla bağlı ölkənin Energetika Nazirliyinə göstəriş verib.
Putinin sözlərinə görə, o, başa düşmür ki, Moldova Rusiya Federasiyasından aldığı yanacağın bir hissəsini niyə Ukrayna anbarlarında saxlayır.
"Sadəcə bununla məşğul olmaq lazımdır. Mən Energetika Nazirliyindən xahiş edəcəm ki, bu məsələ ilə daha yaxından maraqlansın” - deyə o, bildirib.
Nurlan Şiraliyev