DÜNYA

Ərdoğanın sözçüsü Türkiyənin keçirdiyi əməliyyatlardan danışdı

"Türkiyənin Suriya və İraqdakı əməliyyatları terror təşkilatlarına qarşı yönəlib".

32gun.az xəbər verir ki, bu barədə Türkiyə lideri Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

"Türkiyə ona qarşı yönəlmiş terror təhdidlərini aradan qaldırmaqda qərarlıdır" - deyə, Kalın sözlərinə davam edib.

Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan arasında telefon danışığı olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər