DÜNYA

Putin nüvə müharibəsindən danışdı - "Belə bir təhlükə artır"

Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi təhlükəsinin artdığını bəyan edib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya lideri Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Şurasının (İHŞ) üzvləri ilə görüşündə bildirib.

"Belə bir təhlükə artır. Burada gizlədəcək bir şey varmı?" - deyə, o, qeyd edib.

“Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu bilirik. Bizdə bu vasitələr var, onlar istənilən nüvə ölkəsindən daha təkmil və müasir formadadır, bu, göz qabağındadır” - deyə, Putin vurğulayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər