6 yaşlı qızın zorakılığa məruz qalması iddialarına REAKSİYA (FOTO)
Xəbər verdiyimiz kimi, Hiranur Vəqfinin təsisçisi Yusuf Ziya Gümüşelin qızı H.K.G., atasının onu 6 yaşında ikən imamla evləndirdiyini, uşaqlıq illərində hər gün cinsi zorakılığa məruz qaldığını və bu zorakılığın ona oyun kimi göstərildiyini iddia edərək məhkəməyə müraciət edib.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyə də geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı bir sıra tanınmış şəxslər və siyasətçilər sərt reaksiyalar verib. Reaksiyalardan biri də Türkiyənin AK Partiya sözçüsü Ömər Çəlikdən gəlib. Partiya sözçüsü zərərçəkənin yanında olacağıq deyərək, "Bir uşağın 6 yaşında cinsi istismara məruz qalması xəbərini diqqətlə izləyirik. Uşaqlara qarşı zorakılığı qınayırıq. Uşaqlara qarşı edilən zorakılıq bir cinayətdir. heç vaxt bağışlanmayacaq lənətlənmiş cinayət” - hadisəni şərh edib.
Nurlan Şiraliyev
