DÜNYA
Rusiyalı biznesmen amerikalı basketbolçu ilə dəyişdirildi - 25 il həbs cəzası verilmişdi
Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinən amerikalı basketbolçu Britni Qriner ABŞ-da qeyri-qanuni silah ticarəti və terroru dəstəkləmək cəhdinə görə məhkum edilmiş rusiyalı Viktor Butla dəyişdirilib.
32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Xatırladaq ki, Rusiyalı biznesmen Viktor But Amerika vətəndaşlarının qətli məqsədi ilə sözləşmə hazırlamaqda və terrorizmə maddi dəstək verməkdə ittiham olunub. O, 2008-ci ilin martında Banqkokda həbs olunub və ABŞ-a gətirilərək 25 il həbs cəzasına məhkum edilib.
Amerikalı basketbolçu Brittni Qrayner barəsində isə Rusiyanın Ximki Şəhər Məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə 9 illik həbs və 1 milyon Rusiya rublu cərimələnməsi qərarı verilib.
Nurlan Şiraliyev
