DÜNYA

Bosfor boğazındakı tıxacın səbəbi bu imiş

Aİ sığorta şirkətləri Bosfor boğazında tıxac yaradan neft tankerlərinin Qara dəniz boğazlarından keçməsi üçün sığorta məktubları verməkdən imtina edib.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“Sığorta şirkətləri adi qaydada verilən belə məktubları verməkdən imtina edirlər”, - deyə məlumatda bildirilir. Eyni zamanda, sığorta şirkətləri məktubların verilməsindən imtina üçün aydın olmayan səbəblər göstərirlər.

Qeyd edək ki, Dekabrın 5-də Türkiyə sularında tanker tıxacının yaranması ilə bağlı Financial Times qəzeti xəbər yayıb. Qəzetin yazdığına görə, neft qiymətlərinə tavan tətbiq edilməsindən və Türkiyənin gəmi sığortası ilə bağlı əlavə sübutlar təqdim etməsi tələbindən sonra tıxaclar yaranmağa başlayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər