DÜNYA
Ukraynalı iş adamı Zelenskini oliqarxlara qarşı hücumda itiham etdi
"Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyəti ələ keçirməyə çalışır".
32gun.az xəbər verir ki, bu sözləri Ukraynalı biznesmen, “Şaxtyor” futbol klubunun prezidenti Rinat Axmetov deyib. Biznesmenin sözlərinə görə, Ukrayna lideri islahatlar adı altında oliqarxlara qarşı hücum həyata keçirir.
Axmetovun fikrincə, iş dünyası ilə bağlı münasibətlər “sivil şəkildə” tənzimlənməlidir. Onun sözlərinə görə, nə ABŞ-da, nə də Aİ-də ölkə hakimiyyətinə arzuolunmaz şəxslərin siyahılarını tərtib etməyə imkan verən (“oliqarxlar” haqqında) qanun yoxdur.
Nurlan Şiraliyev