Anasının boğazını kəsdi - Qonşuları tutub, polisə təslim etdi (FOTO)
Antalyada 37 yaşlı Y.E.T adlı şəxs mübahisə zamanı anasını boğazından bıçaqlayaraq öldürüb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qonşuları tərəfindən tutularaq polisə təhvil verilən şübhəli nəzarətə götürülüb. Hadisəni eşidən və evə qayıdan ata uzun müddət özünə gələ bilməyib.
Bildirilir ki, Y.E.T. ilə alış-verişdən qayıdan anası 61 yaşlı Zübeydə Tıraş naməlum səbəbdən mübahisə edib. Mübahisə böyüyüb. Bu zaman Y.E.T həmin vaxt alma yeyən anasına çörək bıçağı ilə hücum etməyə başlayıb. İkili arasında baş verən davada Y.E.T. anasının boğazına bıçaqla xəsarət yetirib.
Hadisə zamanı mübahisə və qışqırıq səslərini eşidən qonşular mənzilə gələrək qapını döyüblər. Bir müddət sonra qapı açılanda kişinin əlində qan izlərini görən qonşular içəri girmək istəyiblər. Panikaya düşmüş Y.E.T. qaçmaq istəyərkən qonşuları tərəfindən tutulub və hadisə ilə bağlı polisə məlumat verilib. Hadisə yerinə çoxsayda polis və səhiyyə əməkdaşları göndərilib. Ünvana gələn təcili yardım əməkdaşları Zübeyda Tıraşın öldüyünü müəyyən edib.
Nilay