Britaniyadan Rusiyaya daha bir ZƏRBƏ - Putini əsəbləşdirəcək SİYAHI
Britaniya hakimiyyəti FSB və Rusiya Federasiyası Silahlı Qüvvələrinin nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
32gun.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.
Moldovalı siyasətçilər İlan Şor və Vladimir Plaxotnyuk da sanksiyalar siyahısına əlavə edilib. Bundan əlavə, siyahıya iki FSB zabiti də daxil edilib. Onlar Konstitusiya quruluşunun müdafiəsi və terrorizmlə mübarizə xidmətinin birinci şöbəsinin səlahiyyətli zabiti Andrey Tişenin və kapitan Artur Şambazovdur.
Həmçinin, Rostov vilayətinin dövlət ittihamçıları idarəsinin rəisi Oleq Tkaçenko, 90-cı tank diviziyasının komandiri, polkovnik Ramil İbatullin və Silahlı Qüvvələrin 534-cü hərbi istintaq idarəsinin müstəntiqi və rəis müavini Valentin Oparinə qarşı da sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, Avropa Komissiyası (AK) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib.
Nurlan Şiraliyev