DÜNYA

İrəvan və Bakı arasında sülh müqaviləsinin bu bəndinə razılıq əldə edildi

"İrəvan və Bakı Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulmasına dair razılığa gəlib".

32gun.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, vurğulayıb ki, sülh müqaviləsinin tərəflər arasında razılıq əldə edilən yeganə bəndi budur. "Təəssüf ki, razılığın əldə olunduğu bir məqam var, digər məqamlar üzrə dəqiq razılıq yoxdur” - deyə, Qriqoryan sözlərinə davam edib. 

Qriqoryan qeyd edib ki, sülh müqaviləsinin mətni artıq üç dəfə redaktə olunub. Qarabağ problemləri, sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərin müzakirəsi davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər