DÜNYA
SON DƏQİQƏ! Putin Rusiyada hansı amillərin səfərbərliyi bərpa edə biləcəyini CAVABLADI
"Bu gün Rusiyada əlavə səfərbərliyin elan oluna biləcəyini göstərən faktorlar yoxdur".
32gun.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Bəli, bu gün belə amillər yoxdur, görünmür. Mən sizə dedim - səfərbərlik çərçivəsində 330 min nəfər çağırılıb. 150 min nəfər qrupdadır. Qrupda olanların yalnız yarısı (yaxşı, bir az çox, 77 min nəfər) döyüş hissələrindədir” - deyə, Rusiya lideri sözlərinə davam edib.
Onun sözlərinə görə, bütün bu kimi suallar Rusiya Müdafiə Nazirliyinə ünvanlanmalıdır. Eyni zamanda Putin vurğulayıb ki, bu mövzu hər gün daha az müzakirə olunur və suallar getdikcə daha az aktuallaşır.
Nurlan Şiraliyev