DÜNYA

Rusiya Ukrayna ilə bağlı razılaşmalara hazırdır - Putin AÇIQLADI

"Rusiya Ukrayna ilə bağlı razılaşmalara hazırdır".

32gun.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Onun fikrincə, istənilən halda bu müqavilələr bağlanmalıdır.

 "Lakin Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı dediklərindən sonra qarşısınzda kimin olduğunu əvvəlcədən öyrənməlisiniz" - deyə, o, vurğulayıb.

"Yekunda Ukrayna ilə danışıqlar aparmaq lazım gələcək. Mən dəfələrlə demişəm ki, biz razılaşmalara hazırıq, açığıq. Lakin bu, bizi kiminlə məşğul olduğumuz barədə düşünməyə vadar edir” - deyə, Putin bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər