DÜNYA

Putin Paşinyanla telefonla danışdı

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

32gun.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər.

Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında da telefon danışığı baş tutub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər