DÜNYA

Çinlilərin qaldığı otelə hücum - Partlayış səsləri eşidildi (FOTO/VİDEO)

Əfqanıstanın paytaxtı Kabildə çinlilərin qaldığı otelə hücum edilib.

32gun.az xəbər verir ki, bu barədə Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran məlumat verib.

Hücumun baş verdiyi oteldə partlayış səsləri eşidilib. Bölgəyə çoxlu sayda Taliban üzvü göndərilib. Hücum edənlərin zərərsizləşdirilməsi üçün əməliyyatların başlanıldığı bildirilib. 

Otelin yerləşdiyi küçə nəqliyyat üçün bağlanıb. Hücumu həyata keçirən şəxslərin kimliyi hələlik müəyyən edilməyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər