DÜNYA
NATO qırıcısı Rusiya səmasında: MiQ-31-lər hərəkətə gətirildi
Rusiyanın hava məkanına nəzarət sistemləri Barens dənizi üzərində Norveç Hərbi Hava Qüvvələrinə məxsus R-3C Orion patrul təyyarəsini aşkarlayıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hədəfi müəyyən etmək üçün MiQ-31 qırıcısı səmaya qaldırılıb. O, Norveçə məxsus təyyarənin Rusiya Federasiyasının dövlət sərhədini keçməsinə icazə verməyib.
"Rusiya qırıcısının ekipajı hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinin R-3C Orion baza patrul təyyarəsi olduğunu müəyyən edərək, onu Barens dənizi üzərində müşayiət edib" - deyə, qurumdan bildirilib.
Nurlan Şiraliyev