DÜNYA

Cinsiyyət dəyişdirən hərbçi peşimandır: Yenidən kişi olmaq istəyir

ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, sonradan cinsiyyət dəyişdirərək qadın olan  55 yaşlı Kristin Bek yenidən kişi olmağa hazırlaşır.

32gun.az Daily Mail-ə istinadən xəbər verir ki, təqaüddə olan hərbçi hələ tam olaraq cinsiyyət dəyişdirməyini və keçid prosesində olduğunu bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarından məsul şəxs olan Bek, keçid prosesini ləğv edərək əvvəlki adı Chris Beckə qayıtmağa qərar verib.
Bir saatlıq konsultasiyadan və hormon testindən sonra Bek cinsiyyət dəyişdirməyi "həyatının ən böyük səhvi"  adlandırıb.

2011-ci ildə təqaüdə çıxan Beck, ABŞ ordusunda ən yüksək təlim keçmiş elit qüvvə olan SEAL Team Six də daxil olmaqla, Hərbi Dəniz Qüvvələrində 20 illik xidmət rekorduna sahib olub.
O, xidmətinə görə 13 dəfə təyinat alıb, 50-dən çox medal və digər mükafatlar alıb.
Təqaüddə olan hərbçi  indi diqqətini onun kimi seçim etməyi düşünən gənclərin sağlamlığına yönəldib.
"İstifadə olunmuşdum... Mən çox sadəlövh idim, həqiqətən pis vəziyyətdə idim. Mən təbliğata məruz qalmışam. Bu mövzuda məndən daha çox məlumatlı şəxslər  tərəfindən sui-istifadə olunub. Onlar nə etdiklərini bilirdilər.
Amerikada minlərlə cinsiyyət dəyişdirmə klinikası var.
Uşaqlar həmin klinikalardan içəri girib “mən kişiyəm” və ya “bu, məni rahat hiss edir” deyəndə, psixoloq deyir: "sən transseksualsan". Ertəsi gün isə pedofillərin tibbi kastrasiya üçün istifadə etdiyi hormonları qəbul edirsiniz. 
İndi bunları 13 yaşlı sağlam uşaqlara verirlər. Bu düzgün görünür? Ona görə də mən Amerikaya oyanmağı səsləyirəm”.

O hələ 2013-cü ildə verdiyi müsahibədə trans olduğunu,  onu qadına oxşadacaq sifətində feminizasiya əməliyyatı keçirsə də, hələ də kişi orqanlarının çıxarılması üçün əməliyyat olunmadığını bildirib. 

Nilay

Oxşar Xəbərlər