HADİSƏ
Azərbaycanda səhər saatlarında DƏHŞƏTLİ OLAY: Ölənlər var
Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 32gun.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
@32gun.az