DÜNYA

Amerikalı basketbolçu güllələnərək öldürüldü

Tennessi kollecinin komandasında çıxış edən amerikalı basketbolçu Andre Bell avtomobilində güllələnərək həyatını itirib.

"32gun.az"  "Fox News"a istinadən xəbər verir ki, hadisə Bell oyundan sonra dostları ilə birlikdə evə gedərkən baş verib. Məlumata görə, basketbolçu baş nahiyəsindən güllə yarası alıb.

Andre Bell ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Unikal 

Oxşar Xəbərlər