DÜNYA

Putinə qarşı çevriliş cəhdləri: Rusiyada ciddi hərbi böhran…

Rusiyada Putini devirmək uğrunda amansız mübarizə başlayıb. 

“Ölkə.Az” xəbər verir ki, bunu Donbasdakı rusiyayönümlü qrupların keçmiş komandiri, “Strelkov” ləqəbi ilə tanınan keçmiş FTX (FSB) polkovniki İqor Qirkin deyib.

Onun sözlərinə görə, artıq Rusiyada Prezident Vladimir Putinlə ətrafındakılar arasında hakimiyyət uğrunda siyasi müharibə başlayıb.

Qirkin iddia edib ki, Putinin yaxın dostu, “Vaqner” ordusunun komandiri Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqunun müttəfiqləri ilə hakimiyyət mübarizəsi aparır. 

Onun fikrincə, əgər Ukraynadakı müharibə istənilən səviyyədə getməzsə və uzun çəkərsə, o zaman çox güman ki, Putin istefaya göndəriləcək. O qeyd edib ki, mümkün çevriliş cəhdi və ya Putinin səhhətində problem yaranarsa, onu Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin  45 yaşlı oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev əvəz edə bilər. 

Qirkin hesab edir ki, “Vaqner” qrupunun rəhbəri Priqojin də hakimiyyətə iddialılardan biridir. Ona görə də Priqojin özünü təkcə hərbi komandir deyil, həm də siyasi aktor olmaq istəyir və bunun üçün də açıq şəkildə cəmiyyətdə ictimai-siyasi xadim kimi nüfuzunu artırmağa çalışır.

O əlavə edib ki, iddialara görə, Rusiyada Yevgeni Priqojin Şoyqunun rəhbərlik etdiyi və ya mənsub olduğu qruplaşmanın əleyhinədir: “Bununla gələcəkdə ölkədə ciddi hərbi böhrana səbəb ola bilər ki, bu da öz növbəsində fəlakətə yol açar”. 

Oxşar Xəbərlər