DÜNYA
BMT Sammitində Ermənistan prezidentini Paşinyanla səhv saldılar - VİDEO
Qlazqoda keçirilən BMT İqlim Sammitində kuryoz hadisə yaşanıb.
32gun.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın soyadı ölkənin Baş naziri ilə səhv salınıb. O, Paşinyan kimi təqdim edilib.
Tribunaya çıxan Ermənistan prezidenti soyadının Sarkisyan olduğunu bildirib və çıxışını davam etdirib.
Mərasim Sammitin veb-səhifəsindən canlı olaraq yayımlanıb. (oxu.az)