MƏDƏNİYYƏT - ŞOU
90-cı illərin ən çox qazanan supermodel vəfat etdi - Ölüm səbəbi... (FOTO)
90-cı illərin "5 əsl supermodelindən" biri olan Tatyana Patitz fanatlarını üzüb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, döş xərçəngindən müalicə alan alman supermodel 56 yaşında dünyasını dəyişib.
Tatjana 1990-2000-ci illərdə ən çox qazanan modellərdən biri olub. O elə həmin illərdə Duran Duran və Corc Mayklın kliplərində çəkilib.
9 yaşlı oğlu olan Tatyana Patitz sonuncu dəfə 2019-cu ildə Milanda Moda Həftəsində çıxış edib.
Patitz Sindy Krauford, Naomi Kempbell, Linda Evangelista və Kristi Törlinqton ilə birlikdə 1990-cı ildə məşhur "Vogue" jurnalının üz qabığında görünüb. Bu örtük onu 1990-cı illərin "5 real supermodelindən" biri edib.
Nilufər


