KRİMİNAL

Azərbaycanda arvadını öldürən 70 yaşlı kişi HƏBS EDİLDİ

Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi həbs edilib

Bu barədə 32gun.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Ağcabədi Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Oxşar Xəbərlər