DÜNYA
Məbəddə dəhşətli hadisə: Müqəddəs kitaba və bayrağa görə iki nəfər öldü
Hindistanın Amritsar şəhərindəki “Qızıl məbəd” adlı məbəddə iki nəfər döyülərək öldürülüb.
Metbuat.az xəbər verir ki, iddialara görə, onlardan biri məbəddəki yerli sakinlərin müqəddəs hesab etdiyi kitabı digəri isə bayrağı ələ keçirməyə çalışarkən fiziki təzyiqə məruz qalıb. Məbəddən çıxarılan şəxslər döyülərək qətlə yetirilib. Dərhal hərəkətə keçən polis araşdırmalara başlayıb. Hadisədə bir neçə nəfərin iştirak etdiyi güman edilir