SOSIAL
Nazir "Kalaşnikov"la fotosu yayılan direktor işdən qovdu - Müavinini isə... (FOTO)
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavin Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bunu 32gun.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3maddəsi ilə cərimə ediliblər.