DÜNYA

Uşaq pulla dolu çantanı pəncərədən atdı - Dəhşətli qəza oldu

Almaniyanın Bavariya şəhərində maraqlı yol qəzası baş verib.

Lent.az-ın xəbərinə görə, 2 yaşlı qız atası sükan arxasında ikən pulla dolu çantanı pəncərədən atıb. 

Bu zaman ata çantanı götürmək üçün avtomobili qəflətən saxlayıb. Arxadan gələn nəqliyyat vasitələri dayana bilmədiyi üçün zəncirvarı qəza olub. Polisin məlumatına görə, ailə başçısı pulların əsas hissəsini götürsə də, bir neçə avtomobil zədələnib. Ziyanın ümumi məbləği 15 min avrodan (30 000 AZN) çoxdur. 

Oxşar Xəbərlər