Kəmaləddin Heydərovun qudasının yerinə O SEÇİLDİ - FOTO (YENİLƏNİB)
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat-seçki konfransı keçirilib.
32gun.az xəbər verir ki, mərasim Gənclər və İdman Nazirliyin inzibati binasında baş tutub.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov AMAF-ın yeni prezidenti seçilib. O, bu posta 2006-cı ildən quruma rəhbərlik edən Elçin Zeynalovu əvəzləyib.
*** 12:50
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.
V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək. Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.
Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2006-cı ildən rəhbərlik edirdi.
32gun.az xatırladır ki, E.Zeynalov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qudasıdır.
