Şəhərin mərkəzində DƏHŞƏT! Evlənməyə hazırlaşan qızın burnunu sındırdılar - Kim olduğunu biləndə hər kəs şoka düşdü (VİDEO)
Türkiyənin Bursa şəhərində gəzintiyə çıxan bacı-qardaşa hücum edilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nişan hazırlıqları üçün alış-verişə çıxan bacı və qardaşa hücum çəkən şəxs qadının burnunu yumruqla qırıb. Qan içərisində qalan qadın nə baş verdiyini anlamayaraq yerə yıxılıb. Bunu görən qardaşı ətrafdakıları köməyə çağırıb. Məhəllə sakinləri hücum çəkən şəxsi linç etmək istəyiblər. Lakin mağaza sahiblər onu sakinlərin əlindən alaraq polisə təhvil verib.
Mert D. adlı şəxs polis tərəfindən nəzarətə götürülüb. Hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Araşdırmalardan sonra bəlli olub ki, Mert D. adlı şəxsin bir sıra başqa cinayətlərdə də adı var. Başqa bir qadının arxasından yaxınlaşaraq ona yumruq atdığı və hadisə yerindən qaçdığı görüntülərdə əks olunur.
Məhəllə sakinlərinin iddialarına görə bir müddət əvvəl diş həkiminə qayçı ilə xəsarət yetirdiyi, liseydə oxuyan şagirdə bıçaqla hücum etməsi kimi cinayətlərlə bağlı qısa müddətlik həbs olunub.
Nurlan Şiraliyev