SİYASƏT
Ordumuz düşmənin cavabını verdi - Müdafiə Nazirliyi məlumat yaydı
Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatında yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.