MƏDƏNİYYƏT - ŞOU
Taleh Yüzbəyov: "Bunların "əbəjdadını" söyün, zəhmət olmasa" - FOTO
Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq olunub.
32gun.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat verib.
Aktyor bildirib ki, onun adına səhifə açılıb, saxtakarlıq edilir:
"Dostlar, qarşınıza mənim adımdan yarış və ya hədiyyə təklif edən səhifə çıxarsa, inanmayın! Saxtakarlıqdır. Sizi aldada bilərlər. Xahiş edirəm, ehtiyatlı olun! Həmin səhifəni şikayət edin və "əbəjdadını" söyün, zəhmət olmasa".
