DÜNYA
Güney Azərbaycandan acı xəbər: ölənlər və yaralananlar var
İranın paytaxtı Tehran şəhərində Mahallati gül bazarında partlayışdan sonra baş verən yanğın nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin sözçüsü Cəlal Maleki bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 4 yanğınsöndürən cəlb edilib və yanğın söndürülüb: “Hadisə yerində yerli bələdiyyənin üzvləri gəlib. 4-5 dükana ziyan dəyib. Qəza nəticəsində ölənlər kişidir. Hadisəyə səbəb qaz partlayışıdır”.