Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı 1 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Partlayışda ölən şəxsin “Vladlen Tatarski” imzası ilə tanınan rusiyalı bloger Maksim Fomin olduğu bildirilib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Vladlen Tatarski Rusiya prezindeti Vladimir Putinin tərəfdarı olan bloger kimi tanınırdı. O, Putin tərəfindən Kremldə keçirilən mərasimə (Ukraynanın 4 vilayətinin ilhaqının elan edildiyi mərasim) dəvət alan jurnalistlərdən biri idi.
Nurlan Şiraliyev