DÜNYA ÖZ XƏBƏR

AFAD məlumat yaydı: Daha altı vilayətdə fövqəladə rejim tətbiq olundu

Türkiyənin daha altı vilayəti təbii fəlakət bölgəsi elan edilib.

32gun.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın qərarına əsasən, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batman vilayətlərində fövqəladə rejim tətbiq olunub. Adları çəkilən vilayətlərdə aparılan araşdırmalardan sonra bir sıra yaşayış məntəqələrində yüngül, orta və ya ağır zərər görmüş binaların olduğu müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl 11 vilayətdə fövqəladə rejim tətbiq olunmuşdu.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər