Avstraliyanın ən nüfuzlu aborigen liderlərindən biri, “Qumatc” qəbiləsinin başçısı Yunupinqu dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Yunupinqu 74 yaşında vəfat edib.

Onun qızı Binmila Yunupingu atasının ölümünün "böyük itki" olduğunu deyib.
Həmçinin məlumatda bildirilib ki, oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılan referendumda layihə təsdiqlənərsə, Avstraliya Konstitusiyasında yerli xalqların xeyrinə dəyişikliklər ediləcək.
"Parlamentdə yerli xalqın səsi" referendumu Avstraliyadakı yerli xalqların həyatlarına təsir edən qanunlar və siyasətlərlə bağlı hökumətin bütün səviyyələrinə birbaşa tövsiyələr verməsi üçün bir üsul olaraq görülür.
Ayxan