"TikTok" hesabı olan siyasətçilər arasına Kamal Kılıçdaroğlu da qatılıb.
32gun.az bildirir ki, Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu, "Gəlməyəcək deyirdiz, nə oldu?" Şərhi ilə "TikTok" hesabı açdığını açıqlayıb.
"TikTok"da gənclərə müraciət edən Kılıçdaroğlu bu ifadələrdən istifadə edib:
"Gənclər, mayın 14-dən sonra sizə hansı vədləri verdiyimi söyləmək üçün 5 rəng variantı olan ştativ aldım. Başlayıram, izləmədə qalın. Fikirləriniz və istəkləriniz üçün şərhlərdə görüşək. Hamısını cavablandıracam".
Ayxan