Türkiyənin Çorum şəhərində birmərtəbəli evdə yanğın baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yaşanıb. Yanğının qısaqapanma nəticəsində başladığı məlum olub.
Qısa zamanda evi alovların bürüdüyünü görən ev sahibi Erol Şahin pəncərədən qaçmağa çalışsa da, onun üst geyimləri yanmağa başlayıb. Qonşularının köməyilə evdən çıxarılan E.Şahin aparıldığı xəstəxanada dünyasını dəyişib.
Bildirək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, Erol Şahinin evdə tək yaşadığı müəyyən edilib.
Nurlan