DÜNYA ÖZ XƏBƏR

XİN rəhbərləri birgə mətbuat konfransı KEÇİRİR - Nələr danışılır?

Çavuşoğlunun konfransdakı çıxışı:

"Zəlzələdən sonra göstərdiyi dəstəyə görə Rusiyaya təşəkkür edirik. Biz bu gün Sergeylə Taxıl dəhlizini də müzakirə etdik. Razılaşma danışıqların nəticə verdiyini göstərir. Bundan əlavə, biz Suriya ilə normallaşma prosesi çərçivəsində 4 xarici işlər nazirinin görüşünü də müzakirə etdik. Dialoqu davam etdirmək və intensivləşdirmək lazımdır. Proses şəffaf şəkildə davam etməlidir. Həmçinin, enerji və turizm sahələrindəki əməkdaşlıq məsələlərini də danışdıq".

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı keçirir.

32gun.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər