İzmirdə vizual kommunikasiya dizayneri Mahir Akkoyun saxlanılıb.
32gun.az xəbər verir ki, məşhur dizayner üzərində prezident Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının şəkilləri və bahalılığı vurğulayan mətnlərin yer aldığı etiketlərə görə tutulub.
Bildirilir ki, Akkoyun, üzərinə 'Bu məhsul sizin üçün bahalıdırmı? Ərdoğa sayəsində...
Səs verərkən nəzərə alın. Bu məhsul bizə görə bahadır.
Səsvermə zamanı bunu nəzərə alın” - ifadəlrinin yer aldığı etiketlər sosial şəbəkədə paylaşılıb. Paylaşımdan sonra bəzi şəxslər tərəfindən marketlərdə satışa çıxarılan məhsulların üzərinə bu etiketlər yapışdırılıb.
Polis əməkdaşları Mahir Akkoyunu evində saxlayıb. Polis Şöbəsinə aparılan Akkoyun ifadə vermə prosesinin ardından "prezidenti təhqir etmək" və "seçki qanununa qarşı çıxmaq" ittihamları ilə məhkəməyə sövq edilib. Mahir Akkoyunun Sülh Cəza Növbətçi Hakimliyində məhkəmə prosesinin davam etdiyi bildirilib.
Ayxan