DÜNYA ÖZ XƏBƏR

Satışa çıxarılan mənzilin eyvanına asılan elan ŞOKA SALDI (FOTO)

Tekirdağ şəhərində 35 yaşlı Özge Şeber adlı qadın satışa qoyduğu evinin önündən asdığı plakat diqqət çəkib.

32gun.az Türkiyı KİV-nə istinadə  bildirir ki,  özəl şirkətlərdən birində çalışan Özge Şeber 1 ildir yaşadığı mənzilini qonşularının səs-küy saldığını əsas gətirərək satışa çıxarıb.

5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan Şeber satıldığı mənzilin eyvanına evinin satıldığı bildirişi asıb.

Qonşularının səs-küyündən narahat olduğunu və bina rəhbərliyinə etdiyi şikayətlərdən heç bir nəticə ala bilmədiyini deyən Şeber polisə etdiyi müraciətin də uğursuz olduğunu bildirib.

Seberin satışa çıxardığı elanda aşağıdakı yazı yer alıb:
"Satılır. Aşağıdakı pis insanlara görə daha pis insanlara satılır".
O qonşularının gecə saatlarında yüksək səslə musiqi çaldığını və gülərək onu narahat etdiyini iddia edib.

Ayxan 

Oxşar Xəbərlər