Türkiyədə iki uşaq anası yaşadığı evdə ölü tapılıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, hadisə 13.00 radələrində Kayseri vilayətində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, dünyasını dəyişən Hanife Yeniçərinin 9 yaşlı oğlu anasının yerə yıxıldığını gördükdən sonra qonşulara xəbər verib. Evə gələn qonşular qadının öldüyünü görüblər.
Hadisə yerinə tibbi yardım və polis qrupları cəlb edilib.
Hazırda qadının ölüm səbəbi araşdırılır.
Nurlan