Türkiyənin Ağrı bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Episentri Doğubayazıt rayonu olan zəlzələ İranın Şərqi Azərbaycan bölgəsində də hiss olunub.
Bildirək ki, saat 13.30 radələrində baş verən zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb.
Nurlan Şiraliyev